Hiddink "Çelsi"nin idman direktoru ola bilər

Hiddink "Çelsi"nin idman direktoru ola bilər
XƏBƏR 8 Fevral 2011 / 15:15 1497
-  A +

Londonun «Çelsi» klubunun rəhbərliyi Türkiyə millisinin baş məşqçisi Quus Hiddinkə yeni vəzifə təklif edə bilər. Qol.Az-ın İngiltərə mətbuatına istinadən yaydığı məlumata görə, klubun prezidenti Roman Abramoviç hollandiyalı mütəxəssisə «Çelsi»nin idman direktoru vəzifəsini təklif etməyə hazırlaşır.

Hazırda bu vəzifədə çalışan Frenk Arnesenin müqaviləsi bu mövsümün sonunda başa çatır.

Öncə Hiddinkin «Çelsi»nin baş məşqçisi vəzifəsinə gətiriləcəyi bildirilsə də, hollandiyalı mütəxəssisin Türkiyə Futbol Federasiyası ilə müqaviləsi olması səbəbindən bu variant baş tutmamışdı.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu