"Neftçi"nin 7 futbolçusu məşqdən kənar qaldı

"Neftçi"nin 7 futbolçusu məşqdən kənar qaldı
XƏBƏR 8 Fevral 2011 / 13:47 1751
-  A +

Azərbaycan Premyer Liqasının 20-ci turunda evdə "Xəzər-Lənkəran"ı qəbul edəcək "Neftçi" məşqlərini davam etdirir. Qol.Az-ın məlumatına görə, ötən günü iki məşqlə tamamlayan komanda üzvləri, bu gün bir məşqlə kifayətlənəcək.

Baş məşqçi Arif Əsədovun rəhbərliyi altında futbolçular, "Sərin" otelinin meydançasında hazırlıqlarını davam etdirəcəklər. Komandanın qapıçıları isə serbiyalı mütəxəssis Neboyşa Manoyloviçin rəhbərliyi altında məşq edəcəklər.

Qeyd edək ki, "Neftçi"nin məşqində zədəli Paulius Qribauskas, Alessandro Viana da Silva, Emil Mpenza, həmçinin Azərbaycan yığmasının təlim-məşq toplanışında olan Rail Məlikov, Ruslan Abışov, Cavid Hüseynov və Amit Quluzadə iştirak etmir.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu