Peter Çex ilin futbolçusu seçildi

Peter Çex ilin futbolçusu seçildi
XƏBƏR 8 Fevral 2011 / 13:25 2068
-  A +

İngiltərənin "Çelsi" klubunun çexiyalı qapıçısı Peter Çex ölkəsində ötən ilin ən yaxşı futbolçusu seçilib. Qol.Az-ın məlumatına görə, Çexiyada məşqçilər, futbolçular, mətbuat işçiləri və futbol mütəxəsislərinin iştirak etdiyi səsvermədə 28 yaşlı qapıçı ardıcıl olaraq 3-cü dəfə ilin futbolçusuna layiq görülüb.

"Arsenal"ın yarımmüdafiəçisi Tomaş Rositski 2-ci, "Atletiko" (Madrid) klubunun müdafiəçisi Tomaş Uyfaluci isə bu siyahıda 3-cü olub. 2002-ci ildən Çexiya milli komandasında çıxış edən təcrübəli qapıçı yığmanın heyətində 78 oyun keçirib.

Qeyd edək ki, ümumilikdə 4 dəfə ilin futbolçusu seçilən Çex bu mükafata 2005, 2008, 2009 və 2010-cu illərdə sahib çıxıb.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu