Berti Foqts macarlara azərbaycanlı futbolçulardan şikayət etdi

Berti Foqts macarlara azərbaycanlı futbolçulardan şikayət etdi
XƏBƏR 8 Fevral 2011 / 12:34 1879
-  A +

Dubayda təlim-məşq toplanışını davam etdirən Azərbaycan milli komandası sabah  Macarıstanla 2011-ci ildə ilk yoxlama görüşünə çıxacaq. Qol.Az-ın məlumatına görə, milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts Macarıstan mətbuatına verdiyi açıqlamaları ilə diqqət çəkib.

Foqts sabah Macarıstana qarşı keçirləcək yoxlama oyunu ərəfəsində millimizin futbolçularından şikayətlənib: "Hiss edirəm ki, Azərbaycan futbolunun parlaq gələcəyi var. Lakin hazırda bu ölkənin futbolu istənilən səviyyədə deyil. Regionların daha kasıb olması da futbolun inkişafına mane olur. Azərbaycanlı futbolçular gün ərzində olduqca az məşq edirlər. Bu isə onların beynəlxalq oyunlarda zəif çıxış etmələrinə səbəb olur.  Üstəlik Azərbaycanın ölkə xaricində çox az futbolçusu çıxış edir ki, bu da yığma komandanın oyunlarına mənfi təsir göstərir".

Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu