"Xəzər Lənkəran"ın növbəti rəsmi transferi

"Xəzər Lənkəran"ın növbəti rəsmi transferi
XƏBƏR 8 Fevral 2011 / 12:18 2051
-  A +

Bütün mövqelərdə gücləndirmə aparan “Xəzər Lənkəran” daha bir futbolçunu öz heyətinə cəlb edib. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanın növbəti transferi rumıniyalı müdafiəçi Adrian Skarlatakedir.

Baxışdan uğurla keçən 24 yaşlı futbolçu bundan sonra klubun şərəfini qoruyacaq.

Əsasən sağ cinah müdafiəçisi kimi tanınan Adrian həm də arxa zonanın mərkəzində yer ala bilər.

Futbolçu “Xəzər Lənkəran”ın sıralarına “Dinamo” (Buxarest) komandasından qoşulub. İcarə əsasında müxtəlif Rumıniya klublarında çıxış etmiş yeni trasnferimiz karyerası ərzində keçirdiyi 140-dan çox oyunda 4 dəfə qol vurmağa da nail olub.

Maraqlıdır ki, "XL"in digər yeni transferi Nikulae Muşatla eyni yaşda olan Skarlatake öz həmyerlisindən cəmi bir gün kiçikdir.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu