Son ölkə kubokunun qalibi paytaxtın "Bakı" klubu 2011-ci ilin 16 yanvar-4 fevral tarixləri arasında Antalyada qış təlim-məşq toplantısı keçirib. Qol.Az-ın məlumatına görə, komandanın məşqçisi Novruz Əzimov Antalyada keçirilən hazırlıq toplantısının yekunları ilə bağlı klubun rəsmi internet saytına qısa müsahibə verib:
Yeni ildə komandamızda baş məşqçi dəyişikliyi baş verdi. Antalyada keçirilən toplanışı komanda üçün uyğunlaşma baxımından ilk sınaq adlandırmaq olarmı?
Əsas diqqətimiz fiziki gücün artırılması və müxtəlif təmrinlər üzərində qurulmuşdu. Futbolçuların fərdi ustalıq və fiziki keyfiyyətlərinin təkminləşdirilməsi ilə bağlı bir sıra irəliləyişlər əldə etdik. Təlim- məşq toplantısını uğurlu adlandırmaq olar.
Futbolçuların fiziki durumundan razısınızmı?
Hər bir futbolçunu istər taktiki, istər fiziki planda incələmişik. Antalyada beş yoldaşlıq oyunu keçirdik . Futbolçuların hamısına oynamaq imkanı verdik. Bu oyunların 3-də qələbə qazandıq, ikisini isə heç-heçə başa vurduq. Əslində nəticənin bizim üçün əhəmiyyəti yox idi. Önəmli olan kollektivin hər bir üzvünün hazırlığına qiymət vermək idi. Funksional cəhətdən komandanı Premyer Liqaya hazır hesab edirəm.
Komandamızın oyununda taktiki cəhətdən bir sıra yeniliklər sezilir.
Əsas diqqət kollektiv hücuma ayrılır. İstəyimiz hər bir futbolçunu hücumda və ya müdafiə vəziyyətində nə etməli olduğunu, konkret hallarda necə hərəkət etmələrini aşılamaqdan ibarətdir.
Baş məşqçimizin koməkçisi kimi Aleksandr Starkov barədədə hansı fikirləri söyləyə bilərsiniz?
Starkov təcrübəli məşqçi və eyni zamanda nizam- intizamı sevən başçıdır. Onu tanıdığım ilk gündən nizam-intizam və funksional-taktiki hazırklığı əsas tutduğunun şahidiyəm. Onun rəhbərliyi ilə "Bakı"nın yaxın illərdə böyük nailiyyətlər əldə edəcəyi qənaitindəyəm
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq