"Bakı" hazırlıqları Starkovsuz davam etdirir

"Bakı" hazırlıqları Starkovsuz davam etdirir
XƏBƏR 8 Fevral 2011 / 11:03 1388
-  A +

İkinci dövrənin hazırlığını davam etdirən paytaxtın "Bakı" klubu dünən bir məşqlə kifayətlənib. Qol.Az-ın məlumatına görə, baş məşqçi Aleksandr Starkovun Latviya milli komandasının sükanı arxasında Boliviya yığması ilə oyuna hazırlaşması səbəbindən komandanı məşqə Novruz Əzimov və İqor Klimovs çıxardılar.

Saat 16:00-da Bakı futbol klubunun təlim məşq bazasında keçirilən məşqdə komandanın bütün üzvləri iştirak edib. Fiziki təmrinlər üzərində qurulan məşq yüngül qaçışla tamamlandı.

Qeyd edək ki, "Bakı" qış fasiləsindən sonra Premyer Liqada ilk oyununu fevral ayının 12-də evdə "Muğan"a qarşı keçirəcək.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu