Şüvəlanda AZAL həyəcanı

Şüvəlanda AZAL həyəcanı
XƏBƏR 8 Fevral 2011 / 01:10 1869
-  A +

Unibank Premyer Liqasının XX turunda "Gəncə"ni qəbul edəcək AZAL komandası fevralın 7-dən təlim-məşq toplanışına cəlb olunub. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Airport" otelində məşkunlaşan "təyyarəçilər" Şüvəlan stadionunda ilk məşqinə çıxıb.

Səhər məşqini fiziki hazırlığa sərf edən və əsasən trenajorda çalışan futbolçular axşam klubun yeni stadionundakı meydançaya çıxıblar. Ot örtüyü yeni istifadəyə verilmiş və tikinti-quraşdırma işləri hələ də davam edən Şüvəlandakı stadionda AZAL böyük izdihamla qarşılanıb. Saat 17.30-da başlayan və projektor altında keçirilən məşqi təxminən 300 azarkeş izləyib.

Qeyd edək ki, fevralın 12-də "Şəfa" stadionunda keçiriləcək AZAL - "Gəncə" matçı saat 16:00-da başlanacaq.  

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu