Emin Mahmudov "Spartak"a qələbə qazandırdı

Emin Mahmudov "Spartak"a qələbə qazandırdı
XƏBƏR 8 Fevral 2011 / 00:22 2520
-  A +

Rusiyanın "Spartak" (Moskva) klubu İspaniyadakı təlim-məşq toplantısının son günündə Rumıniyanın "Sportul Studentsesk" komandası ilə yoldaşlıq görüşü keçirib. Qol.Az-ın məlumatına görə, oyun "qırmızı-ağlar"ın qələbəsi ilə nəticələnib - 2:1.

İlk yarıda tərəflər hərəyə bir dəfə fərqləniblər. "Spartak"ın qolunu Kiril Kombarov, "Sportul Studentsesk"ininkini isə Florentin Krukeru vurub. İkinci hissə başlayan kimi Moskva klubunun yeni transferi Emin Mahmudov oyuna daxil olub. "Spartak"a qələbəni də elə azərbaycanlı futbolçu qazandırıb. O, 82-ci dəqiqədə qurulan kombinasiyanı 20 metrlik məsafədən gözəl və qüvvətli zərbə ilə tamamlayıb. Top uzaq "doqquzluğ"a girib. Bu, Mahmudovun "Spartak"ın heyətində ilk qolu olub.  

Beləliklə, baş məşqçi Valeri Karpinin komandası İspaniya toplanışını qələbə ilə başa vurub.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu