Azərbaycanlı futbolçu keçmiş agentinin çənəsini dağıdacaq

Azərbaycanlı futbolçu keçmiş agentinin çənəsini dağıdacaq
XƏBƏR 8 Fevral 2011 / 00:01 2309
-  A +

Rusiyanın "Lokomotiv" klubunun və Ukrayna milli komandasının futbolçusu Aleksandr Əliyev keçmiş agenti Denis Laxterin açıqlamalarına münasibət bildirib. Qol.Az-ın məlumatına görə, bir müddət öncə Laxter əslən azərbaycanlı yarımmüdafiəçinin mənəvi cəhətdən heç vaxt fərqlənmədiyini söyləyib. 

Əliyevin isə bu açıqlamaya cavabı çox sərt olub: "Birbaşa və açıq deyəcəyəm: Onu göz-gözə görsəm, çənəsini dağıdacağam. Əlbəttə, Laxterin açıqlamalarını oxumuşam. Təbii ki, dedikləri xoşuma gəlmədi. Ona görə də təkrar edirəm: onu üz-üzə görən kimi çənəsini dağıdacağam".  
 

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq