Sadıq Sadıqov: "Onlar bizim gücümüzə güc qatacaq"

Sadıq Sadıqov: "Onlar bizim gücümüzə güc qatacaq"
XƏBƏR 7 Fevral 2011 / 18:07 1505
-  A +

"Mən sizi "Neftçi" ailəsinin yeni üzvləri olmağınız münasibətilə təbrik edirəm. Biz "Neftçi" PFK olaraq güclü yerli futbolçularla yanaşı, səviyyəli legionerlərin transferini həll etməyə çalışırıq. Gündən-günə inkişaf edən Azərbaycan futboluna öz töhfəmizi vermək və komandamızın böyük uğurlar qazanması üçün lazım olan hər şeyi edirik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin prezidenti Sadıq Sadıqov komandanın yeni futbolçuları ilə görüşündə deyib.

"Mən inanıram ki, qış fasiləsində heyətimizə qoşulan futbolçular komandamızın gücünə güc qatacaq. Həyata keçirilən bu transferlər oyunlarımıza azarkeş marağını da artıracaq" - deyə S.Sadıqov bildirib.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu