Flavinyo "Böyük oyun"dan danışdı

XƏBƏR 7 Fevral 2011 / 18:01 1818
-  A +

"Neftçi"nin yarımmüdafiəçisi  Flavinyo "Xəzər-Lənkəran"la oyun öncəsi klubun rəsmi saytına fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu özünü "Xəzər Lənkəran"la görüşə tam hazır sayır: "Təbii ki, bu, bir derbi oyunudur. Belə görüşlərdə uduzmaq hər zaman futbolçulara pis təsir edir. Biz bu oyunda mütləq qələbə qazanmalıyıq. Gözəl təlim-məşq toplanışı keçmişik. Komandamızın heyətinə güclü futbolçular cəlb edilib. Bu qələbə "Neftçi" üçün çox vacibdir. Bizim "Xəzər Lənkəran"la bir xal fərqimiz var, əgər qələbə qazansaq, xal fərqimiz artacaq. Bu matça tam hazıram. Baş məşqçimiz şans versə, çalışacağam ki, meydanda 90 dəqiqə mübarizə aparmaqla komandama əlimdən gələn köməyi edim. "Xəzər Lənkəran"la oyun mənim üçün çox vacibdir" - deyə o bildirib.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq