“Xəzər Lənkəran”dan azarkeşlərinə pulsuz tamaşa

XƏBƏR 7 Fevral 2011 / 15:31 2358
-  A +

Fevralın 13-də “Neftçi” ilə keçirəcəyi futbol üzrə Unibank Premyer Liqasının XX tur matçı öncəsi “Xəzər Lənkəran” yoxlama matçına çıxacaq. Qol.Az-ın məlumatına görə, Lənkəran komandası fevralın 9-da öz əvəzediciləri ilə qarşılaşacaq.

Oyun Lənkəran şəhər stadionunda baş tutacaq. Azarkeşlər üçün bu görüş həm də yeni transferləri ilk dəfə doğma arenada görmək şansı olacaq. Görüş saat 17:00-da başlanacaq. Oyuna giriş pulsuz olacaq.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq