Tofiq Bəhramov adına Respublika stadionu martın 14-dən təmirə bağlanılacaq. Bu haqda stadionun direktoru Akif İsmayılov məlumat verib. Onun sözlərinə görə, həmin gün stadionun meydançasının ot örtüyünün təmirinə başlanılacaq. Təmir işlərini Bolqarıstanın “Bayk Plus Ltd” şirkəti həyata keçirəcək. Artıq şirkətin rəhbəri Borislav Kolev meydançanın vəziyyəti ilə tanış olub. 3 həftəlik müddəti əhatə edəcək təmir prosesində meydançaya xaricdən gətirilmiş toxum, dərman və gübrələr səpiləcək.
İsmayılov təmir müddəti ərzində Respublika stadionuna təqvim üzrə cəmi bir oyunun düşdüyünü söyləyib. 18-19 marta təsadüf edəcək “6-lıq” mərhələsinin qarşılaşması başqa stadionda keçiriləcək: “Stadionumuzda “Neftçi” və “Bakı” klubları ev oyunlarını keçirir. Bəzən bu komandalar ardıcıl iki gün ərzində ev oyunlarını bizim meydançada keçirirlər. Bu isə ot örtüyünə mənfi təsir göstərir. Ona görə də Peşəkar Futbol Liqası qarşısında məsələ qaldırmışam ki, “6-lıq” mərhələsi zamanı tur ərzində stadionumuza birdən artıq oyun salınmasın”.
Təmir işləri ən azı 20 günədək davam edəcək. Stadion direktorunun fikrincə, apreldən etibarən meydançada oyunların keçirilməsinə tədricən başlamaq olar. İsmayılov təbii ot örtüyünün süni örtüklə əvəzlənməyəcəyini də əlavə edib: “Bu, bir fikir, ideya idi. Bizə belə bir təkliflə müraciət etmişdilər. Əslində müasir süni örtüklü meydançalar keyfiyyəti ilə fərqlənirlər. Bu, həm də stadiona qulluq baxımından ən sərfəli yoldur. Amma belə qərara gəldik ki, meydançamızın təbii örtüyü sünisi ilə əvəzlənməsin” (lent.az).
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq