"Qalatasaray"dan yeni rekord

"Qalatasaray"dan yeni rekord
XƏBƏR 7 Fevral 2011 / 12:50 1801
-  A +

"Türkiyənin "Qalatasaray" klubu yeni bir rekorda imza atıb. Qol.Az-ın məlumatına görə, Superliqanın sonuncu turu çərçivəsində "Türk Telekom" arenasında həmyerlimiz Rəşad Sadıqovun da formasını geydiyi "Eskişehirspor" klubunu qəbul edən "Qalatasaray" klubu bu matçdan 4:2 hesabı ilə qalib ayrılıb.

Bütün matç boyu komandalarını dəstəkləyən "Cim-Bom"un azarkeşləri isə 315 metrlik bir plakat açaraq dünya rekordu qırıblar. Həmin plakatda "106 illik tarixi və saysız-hesabsız nailiyyətləri olan, ölkəsinin medal iftixarı, UEFa və Super kubokun sahibi, 1905-ci ildən idmanın beşiyi adlı "Şanlı "Qalatasaray" sözləri yazılmışdı. 

Qeyd edək ki, bu rekord daha əvvəl "Barselona" klubuna aid idi. Kataloniyalı azarkeşlər 290 metrlik plakat hazırlamaqla dünyada birinci olmuşdular.  Bununla da, "Qalatasaray"lı azrkeşlər bu rekordu təzələmiş oldular. 

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq