"Qarabağ" Portuqaliya "Çaves"indən Olavia Viera dos Santos Juniorun transferini rəsmiləşdirib.
Qol.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı braziliyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Juninyo Ağdam təmsilçisində 18 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Juninyo Braziliyada "Atletiko PR" klubunun yetirməsidir. O, "Atkletiko" ilə yanaşı müxtəlif illərdə ölkəsində "Brazil", "Novurizontino", "Fiqeyrense", "Vila Nova" komandalarında da oynayıb. 2020-ci ilin oktyabrında Portuqaliya yüksək liqa təmsilçisi "Şaviş"ə keçib. Ötən mövsüm o, əsas heyət üzvü olduğu"Şaviş"lə Premyer Liqada 30 oyunda meydana çıxıb, 4 qol vurub. Onun "Çaves" ilə müqaviləsi 2024-cü ilə qədər idi. "Qarabağ" bu transfer üçün qarşı tərəfə təzminat ödəyəcək.
Qeyd edək ki, bu, “Qarabağ”ın 2-ci yay transferidir. Klub daha əvvəl “Zirə”dən fransalı vinger Hamidu Keytanı transfer edib.



"Barselona"da itki
"Liverpul"la razılaşdı
PSJ-yə qayıtdı
Cəlal Hüseynovun komandası qalib gəldi
17 illik "Çelsi" karyerası başa çatdı
Azarkeşlər Superkubok matçını boykot edəcək
"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
"Barselona"nı tərk edə bilər
"Qarabağ" cavab matçına hazırlaşır - Şəkillər
"Çempionata hazır deyilik, narahatam"
Elvin Cəfərquliyevin durumu bəlli oldu
Mareska özü seçim edəcək
Salto ilə aut atdı, qələbə qolunu vurdular - Video
"Yeni evinə xoş gəlmisən" - Video
2 dəqiqəyə dubl etdi, "Mançester Siti" qalib gəldi