"Qalatasaray" Rəşad Sadıqovsuz "Eskişehirspor"a 4 qol vurdu (YENİLƏNİB)

"Qalatasaray" Rəşad Sadıqovsuz "Eskişehirspor"a 4 qol vurdu (YENİLƏNİB)
XƏBƏR 6 Fevral 2011 / 22:59 2351
-  A +

Türkiyə Superliqasının 20-ci turunun son matçında "Qalatasaray"la "Eskişehirspor" üz-üzə gəlib. Qol.Az-ın məlumatına görə, İstanbuldakı "Türk Telekom" arenada keçirilən qarşılaşmada Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov "Eskişehirspor"un start heyətində meydançaya çıxmayıb. 

Baş məşqçi Bülənt Uyğun onu ehtiyatda saxlayıb. Görüş isə "Qalatasaray"ın 4:2 hesablı inamlı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Qalatasaray" 29 xalla 8-ci pilləyə yüksəlir. 28 xalı olan "Eskişehirspor" isə 9-cu pilləyə enir.  

"Qalatasaray" - "Eskişehirspor" - 4:2 
Qollar:
Lorik Sana, 11. Boqdan Stanku, 14. Harri Kyuell, 45. Milan Baroş, 81 - Burhan Eser, 75. Ümit Karan, 77
 
"Eskişehirspor"da hər üç dəyişiklik edilir. 18-ci dəqiqədə qapıçı İveçanı Atilla, 46-cı dəqiqədə Peleni Batuhan, 68-ci dəqiqədə isə Erkan Sezgini Tello əvəzləyir. Beləliklə, Rəşad Sadıqova yenicə istifadəyə verilən "Türk Telekom Arena"da oynamaq nəsib olmur.  

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq