"Böyük hesablı qələbəyə təəccüblənmədim"

"Böyük hesablı qələbəyə təəccüblənmədim"
XƏBƏR 6 Fevral 2011 / 21:43 1792
-  A +

IV Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində bu gün Latviya ilə oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva fikirlərini açıqlayıb. Qol.Az-ın məlumatına görə, braziliyalı mütəxəssis 7:1 hesablı qələbəyə çox sevindiyini bildirib. 

O, müdafiədə az səhv buraxdıqlarını söyləyib: "Qələbə qazandığımız üçün çox şadıq. Bu oyunda əsasən müdafiə xəttimizin çıxışına diqqət yetirdim. Sevindirici haldır ki, müdafiədə az səhv buraxdıq".

Da Silva hesabın belə böyük olmasından təəccüblənmədiyini hücum xəttində hər hansı problemin yoxluğu ilə əlaqələndirib. Onun sözlərinə görə, komandamız uğurlu çıxışını Ukrayna yığması ilə final xarakteri daşıyan oyunda da davam etdirmək niyyətindədir. Həmin oyun fevralın 8-də saat 20:15-də başlanacaq.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq