Yığmamız Latviya millisini darmadağın etdi

Yığmamız Latviya millisini darmadağın etdi
XƏBƏR 6 Fevral 2011 / 20:03 1903
-  A +

IV Bakı Beynəlxalq Futzal turnirində bu gün ikinci turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, Bakı İdman Sarayının meydançasında əvvəlcə Ukrayna və Özbəkistan yığmaları görüşüblər. 

Oyun Ukraynanın minimal hesablı qələbəsi ilə nəticələnib - 1:0. Ardından Azərbaycanla Latviya milliləri üz-üzə gəliblər. Hesabı qonaq komanda açıb. Bundan sonra komandamız ardıcıl 7 qol vurub. Vitali Borisov het-trik, Serjao dubl edib, Elvin Quliyev və Biro Jade hərəyə 1 dəfə fərqləniblər - 7:1.
 
İki turdan sonra Azərbaycan və Ukrayna hərəyə 6 xalla 1-2-ci yerləri bölüşdürür. 3-4-cü yerlərdə gedən Özbəkistanla Latviyanın xalı yoxdur. Fevralın 8-də keçiriləcək son turda saat 18:00-da Latviya Özbəkistanı, saat 20:15-də Azərbaycan Ukraynanı sınağa çəkəcək.    

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq