Macarıstanlı futbolçu millimizlə oyun öncəsi qarınağrısına tutulub

Macarıstanlı futbolçu millimizlə oyun öncəsi qarınağrısına tutulub
XƏBƏR 6 Fevral 2011 / 17:26 2062
-  A +

Macarıstan milli komandası Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünə 19 futbolçu ilə hazırlaşacaq. Qol.Az-ın Macarıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbərinə görə, baş məşqçi Şandor Eqervarinin dəvət göndərdiyi 21 futbolçudan 3-ü sıradan çıxıb.

Bunlar hücumçu Adam Salay, eləcə də müdafiəçilər Tamaş Kadar və Zoltan Liptakdır. Salay və Kadar zədəlidirlər. Liptak isə qarınağrısına tutulub. Onun ağrıları keçsə də, xəstəliyin digər simptomları güclənib. Nəticədə komanda rəhbərliyi "Videoton"un futbolçusunun Dubaya aparılmasını məqsədəuyğun saymayıb.

Eqervari bu futbolçulardan yalnız Adam Salayın əvəzinə oyunçu çağırmağı məqsədəuyğun hesab edib. Nəticədə yerli "Keçkemeti" klubunda çıxış edən 34 yaşlı Atilla Tokoli 7 illik fasilədən sonra yığmada oynamaq imkanı qazanıb. 

Macarıstan yığmasının futbolçuları Dubaya bir neçə istiqamətdən gedəcəklər. Yerli çempionatda çıxış edənlər bu gün Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar. Legionerlər Frankfurt - Dubay reysi ilə sabah yola çıxacaqlar. Qapıçı Qabor Kirali isə fevralın 7-də "Münhen 1860" klubunun heyətində Almaniya 2-ci bundesliqası matçına çıxacaq. Bu səbəbdən, Kirali oyundan bir gün əvvəl Dubayda olacaq.   

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq