"Ayağımın durumu yavaş-yavaş düzəlir. "Kastel"ləri əlimdən buraxıram və onsuz gəzə bilirəm. Yaşıl meydanlara qayıtmağım üçün ən azı 1-2 ay var".
Bu sözləri Qol.az saytına açıqlamasında "Qəbələ"nin kapitanı Asif Məmmədov deyib. O, özünün hazırkı durumu, Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri və digər bir neçə mövzu haqqında danışıb.

A.Məmmədov KL-də qarşılaşacaqları Kiprin “Omoniya”sını dəyərləndirib. O, rəqib barədə bu sözləri deyib: "Çox yaxşı rəqiblə düşdük. Kipr komandalarına qarşı səfər oyunları həmişə çox ağır olur. Ona görə bizi çətin matç gözləyir. Başqa rəqiblərlə də düşə bilərdik, amma qismət bu imiş. Bugünkü gündə demək olar ki, heyətimizin 90 faizi dağılıb və hələ futbolçu almamışıq. Həm rəqibimiz güclüdür, həm heyətimizdə cəmi 5-6 futbolçu var. Ona görə bizə ikiqat yox, üçqat çətin olacaq. Futbolçu transfer olunmasa, gərək ikinci komanda ilə heyət düzəldib oynayaq. Bugünkü gündə bir transfer edilməyib. Bir ay vaxtımız qalıb. Bundan sonra yeni transferlər üçün nə vaxt danışıqlar olacaq? Bizə hal-hazırda 6-7 transfer lazımdır. Yeni komanda qurmalıyıq. Komandanı yığıb 6-7 yeni futbolçuya oyun üslubunu başa salmaq vaxt aparacaq. Futbolçuların hazır gəlib-gəlməyəcəyi də bilinmir. Oyunçuların qiymətləri qalxıb. Bizim də çox pul vermək üçün büdcəmiz yoxdur. Ona görə də futbolçu tapmağa çətinlik çəkirik. Həm Avropada, həm Azərbaycanda futbolçuların qiyməti 2-3 il əvvəllə müqayisədə demək olar ki, 80 faiz artıb. Ona görə də əlimizdə olanları qoruya bilmədik və gedənlərə yaxın futbolçular axtarıb tapmaq olmur. Pul olsa, futbolçu tapmaq asandır. Büdcə bizim üçün çətinlik yaradır".
O, futbolçuların gedişinin yalnız büdcə ilə bağlı olduğunu bildirib: "Hansı futbolçu bizdən gedibsə, maaşa görə gedib. Çünki başqaları onlara bizdən 30-40 faiz artıq maaş təklif ediblər. O futbolçular bu cür rəhbərliklə, məşqçi və kollektivlə işləməyə razı idilər. Faiz bundan az olsaydı, həmin futbolçular "Qəbələ"də qalmağa razı olardılar. Ancaq pul fərqi çox olduğu üçün biz də onları qınamadıq, qərarlarına hörmətlə yanaşdıq. Futbol elədir ki, hansısa oyunçuya deyə bilməzsən ki, "sən qardaşsan, qal, oyna". Bir sözlə, oyunçular pula görə getdilər".
A.Məmmədov komandanın son durumu ilə bağlı deyib: "Danışıqlar apardığımız futbolçular var. Amma onları gətirmək pul baxımından bir az çətinlik yaradır. Avropada da qiymətlər fantastik qalxıb. Futbolçu fikirləşir ki, həmin pula Avropada oynayaram. Azərbaycana futbolçu gətirmək də çətindir. Sağ olsun ki, "Qarabağ" avrokuboklarda oynadı, ölkəni tanıtdı. "Qarabağ" olmasaydı, heç kim gəlməyəcəkdi. "Qarabağ"a görə 3-5 futbolçu tapıb gətirmək olur. Əvvəllər "Qəbələ" avrokubokların qrupunda oynayanda futbolçu gətirmək asan idi. İki il ardıcıl Avroliqada oynamışdıq. İndi üzərindən çox vaxt keçdiyi üçün çətinlik olur".

A.Məmmədov millimizlə də bağlı da danışıb: "Onsuz da millinin məşqçisinə ilin axırına kimi eyni maaşı verəcəklər. Yəni, itirdiyimizi onsuz da itirmişik. Məncə, növbəti oyunlara məşqçi dəyişikliyi daha yaxşı olar. Yeni məşqçidən Avro-2024-ün seçmə mərhələsi üçün çox şey tələb olunmayacaq. Ancaq yeni mütəxəssis yeni mərhələyə kimi komandanı tanıyacaq. Bəhanə də getirməyəcək ki, "mən təzə gəlmişəm, şansım az oldu". Çünki əgər seçmə mərhələ başa çatdıqdan sonra yeni təyinat olsa, gələcək məşqçi də bəhanələr edəcək, növbəti mövsüm üçün vədlər verəcək. Estoniyanı evdə uda bilmiriksə, nədən danışırıq? De Byazi göstərdi ki, bu iş onluq deyil. Bu adam deyir ki, "məni qovmasalar getməyəcəyəm". Onu istefaya göndərmək lazımdır. Nədir, bu məşqçidən yapışıblar. De Byazinin yerində azərbaycanlı məşqçi olsaydı, istefaya göndərərdilər. Adamda da şübhələr yaradırlar. Azərbaycanlı məşqçi milliyə təyinat alsa, daha yaxşı nəticələr olacaq".
A.Məmmədov "Qəbələ"dən yalnız Emil Səfərov milliyə çağırılmasından da narazıdır: "Azərbaycan kubokunu qazanan komandadan niyə cəmi bir futbolçu milliyə dəvət alır? Səbəb nədir? Ona görə də bu məşqçi getməlidir. Bizim vaqonumuz Avro-2024-də getdi. Yeni baş məşqçi gətirmək lazımdır. De Byazinin taktikası yoxdur. Oyunun gedişində 50 dəfə taktika dəyişir. Futbolçu da başını itirir. Estoniyanın yaxşı ki, 7-8 futbolçusu gəlməmişdi, yoxsa 3-4 qol vurardılar. Bizim futbolçulara yaxşı məşqçi lazımdır. İkinci hissə göstərdi ki, oynaya bilirik, sadəcə, məşqçi işi görünmür. Son vaxtlar milliyə təyinat alan məşqçilər elə bil kosmosdan gəlir. Bizə millidə işləyən məşqçi lazımdır. Yeni məşqçi gəlib Azərbaycanda yaşamalıdır. Bir gün orada, bir gün burada qalmamalıdır".
Ramiq Ağaməmmədov
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video