Berti Foqts Dubayda cavab verəcək

Berti Foqts Dubayda cavab verəcək
XƏBƏR 6 Fevral 2011 / 15:59 1898
-  A +

Azərbaycan milli komandasının Macarıstan yığması ilə fevralın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcəyi yoldaşlıq görüşü öncəsi mətbuat konfransı olacaq. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən xəbərinə görə, jurnalistlər önünə millimizin baş məşqçisi Berti Foqts və komandamızın üzvləri çıxacaqlar.

Tədbir fevralın 8-də saat 13:00-da "Movenpick" ("Bur Dubai") otelində təşkil ediləcək. Onlar jurnalistlərin suallarını cavablandıracaqlar.

Qeyd edək ki, "Əl-Şabab" stadionunda keçiriləcək Azərbaycan - Macarıstan matçı saat 21:00-da başlanacaq.  

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq