Torres "Çelsi"yə keçmiş klubundan məğlubiyyət gətirdi (YENİLƏNİB)

Torres "Çelsi"yə keçmiş klubundan məğlubiyyət gətirdi (YENİLƏNİB)
XƏBƏR 7 Fevral 2011 / 01:21 2413
-  A +

İngiltərə Premyer Liqasının lideri "Mançester Yunayted" klubu mövsüm ərzində ilk məğlubiyyətini autsayder "Vulverhempton"dan alıb. Qol.Az-ın məlumatına görə, 26-cı tura təsadüf edən görüşdə "qırmızı şeytanlar" səfərdə 1:2 hesabı ilə uduzublar.

Matçın əvvəlində irəli çıxan mançesterlilər sonradan ilk yarı ərzində iki qol buraxıblar. Daha bir gözlənilməz nəticə "Nyukasl" - "Arsenal" matçında qeydə alınıb. İlk 26 dəqiqə ərzində qonaqlar 4:0 hesabı ilə önə çıxıblar. "Yarasalar" isə son 22 dəqiqə ərzində 4 qol vurublar. Nəticədə oyun 4:4 hesablı heç-heçə ilə nəticələnib.

Fevralın 6-da isə turun mərkəzi oyunu keçirilib. "Çelsi" "Liverpul"u qəbul edib. "Zadəganlar"ın yeni transferi Fernando Torres keçmiş klubuna qarşı 66 dəqiqə çıxış etsə də, qol vura bilməyib. Əvəzində "Liverpul" 69-cu dəqiqədə qələbə topunu vurub. Bununla da "Çelsi" çempionluq yolunda ciddi zərbə alıb.

5 fevral

"Stok Siti" - "Sanderlend" - 3:2
Con Karyu, 32. Robert Hut, 83; 90 - Kiran Riçardson, 2. Asamoa Qyan, 48

"Uiqan" - "Blekbern" - 4:3
Ceyms Makkarti, 35; 56. Uqo Rodalyeqa, 50. Ben Uotson, 65-pen. - Ceyson Roberts, 23. Kristofer Samba, 58. David Dann, 81-pen. 

"Tottenhem" - "Bolton" - 2:1
Rafael van der Vart, 6-pen.; Niko Krançar, 90+2 - Daniel Starric, 55
Penaltini vura bilməyib: Rafael van der Vart, 8 ("Tottenhem")

"Nyukasl" - "Arsenal" - 4:4
Coui Barton, 68; 83-hər 2-si pen.; Leon Best, 75. İsmael Tiote, 87 - Teo Uolkott, 1. Yohan Curu, 3. Robin van Persi, 10; 26  

"Mançester Siti" - "Vest Bromviç" - 3:0
Karlos Teves, 17; 39-hər 2-si pen.; 22 

"Everton" - "Blekpul" - 5:3
Lui Saa, 20; 47; 76; 84. Cermeyn Bekford, 80 -
Aleks Baptist, 37. Ceyson Pançon, 62. Çarli Adam, 64    

"Aston Villa" - "Fulhem" - 2:2
Con Peyntsil, 13-avt.; Kayl Uolker, 72 - Endryu Conson, 52. Klint Dempsi, 78

"Vulverhempton" - "Mançester Yunayted" - 2:1
Corc Elokabi, 10. Kevin Doyl, 40 - Luiş Nani, 3

6 fevral

"Vest Hem" - "Birmingem" - 0:1
Nikola Jigiç, 65

"Çelsi" - "Liverpul" - 0:1
Raul Meyreleş, 69

Komandalar O Q H M T X
1. Mançester Yunayted 25 15 9 1 55-24 54
2. Arsenal 25 15 5 5 54-27 50
3. Mançester Siti 26 14 7 5 42-22 49
4. Çelsi 25 13 5 7 46-22 44
5. Tottenhem 25 12 8 5 35-27 44
6. Liverpul 26 11 5 10 34-31 38
7. Sanderlend 26 9 10 7 32-31 37
8. Stok Siti 25 10 3 12 31-32 33
9. Bolton 26 8 9 9 36-37 33
10. Nyukasl 25 8 7 10 40-38 31
11. Blekbern 26 9 4 13 34-42 31
12. Fulhem 26 6 12 8 28-28 30
13. Everton 25 6 12 7 33-34 30
14. Aston Villa 26 7 8 11 30-45 29
15. Blekpul 25 8 4 13 38-49 28
16. Birmingem 24 5 12 7 24-33 27
17. Vest Bromviç 25 7 5 13 31-48 26
18. Uiqan 26 5 11 10 26-44 26
19. Vulverhempton 25 7 3 15 26-43 24
20. Vest Hem 25 5 9 11 27-44 24

Bombardir: Dimitar Berbatov ("Mançester Yunayted") - 19 top.



Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq