Azərbaycan yığması Nasimovu məyus etdi

Azərbaycan yığması Nasimovu məyus etdi
XƏBƏR 5 Fevral 2011 / 20:58 2738
-  A +

Bu gün IV Bakı Beynəlxalq Futzal Turniri start götürüb. Qol.Az-ın məlumatına görə, 4 ölkənin qatıldığı yarışın ilk günündə Ukrayna Latviyanı, Azərbaycan isə Özbəkistanı sınağa çəkib.

Açılış matçında Ukrayna böyük hesabla qalib gəlib - 5:1. Ardından Bakı İdman Sarayının meydançasına Azərbaycan və Özbəkistan yığmaları çıxıb. Matçı "Neftçi"nin özbəkistanlı legioneri və Unibank Premyer Liqasında ilk yarının bombardiri Bahadır Nasimov da izləyib.

İlk yarıda qonaqlar 3:0 hesablı üstünlük əldə ediblər. Fasilədən sonra yığmamızın futzalçıları qollarını sıralayıblar. Vitali Borisov və Rizvan Fərzəliyev hərəyə 2 dəfə, Tyaqu isə 1 dəfə fərqlənib. Nəticədə millimiz qalib gəlib - 5:3.

Sabah saat 16:00-da Özbəkistan - Ukrayna, 18:00-da Latviya - Azərbaycan matçları keçiriləcək. Turnirə fevralın 8-də yekun vurulacaq.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq