Narvik Sırxayev də "Anji"yə gəlir

Narvik Sırxayev də "Anji"yə gəlir
XƏBƏR 5 Fevral 2011 / 20:43 2651
-  A +

Azərbaycan millisinin sabiq futbolçusu Narvik Sırxayev Rusiyanın "Anji" klubunun məşqçilər heyətində yer ala bilər. Qol.Az-ın məlumatına görə, bunu Dağıstanın "Stadion" qəzetinə müsahibəsində "Anji"nin baş məşqçisi Hacı Hacıyev deyib.

Təcrübəli mütəxəssis bildirib ki, hazırda Sırxayev Türkiyədə məşqçilik lisenziyası kursunda iştirak edir. Onunla 3 dəfə "Anji"də məşqçi kimi çalışması istiqamətində söhbət aparılıb: "Öz təşəbbüsümlə biz iki dəfə bu mövzuda danışmışıq. Üçüncü söhbətin təşəbbüskarı isə Narvikin özü oldu. Normal danışdıq, o, düşünmək üçün vaxt istədi. Yəni, Sırxayevin "Anji"nin məşqçilər heyətinə daxil olma variantı var. Hər halda biz bunu çox istərdik". 

Qeyd edək ki, Narvik Sırxayev 1996 - 1999-cu illərdə Azərbaycan millisində çıxış edib. O, 19 matçda 1 qol vurub. Hazırda "Anji"də Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov futbolçu, millimizin sabiq baş məşqçisi Vaqif Sadıqov isə böyük məşqçi kimi çalışır. Yığmamızın daha bir sabiq futbolçusu Emin Ağayevin isə seleksiyaçı-məşqçi kimi fəaliyyətə başlayacağı gözlənilir.    

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq