”Xəzər Lənkəran”da yeni müdafiəçi (FOTO)

”Xəzər Lənkəran”da yeni müdafiəçi (FOTO)
XƏBƏR 5 Fevral 2011 / 19:10 2891
-  A +

“Xəzər Lənkəran” klubuna daha bir futbolçunun keçidi rəsmiləşib. Qol.Az-ın klubun rəsmi saytına istinadən xəbərinə görə, arxa xəttin gücləndirilməsi məqsədilə rumıniyalı müdafiəçi Kosmin Vali Frasinesku transfer edilib. 

Fevralın 10-da 26 yaşı tamamlanacaq Fransinesku ilə 1 illik müqavilə imzalanıb. O, müdafiənin mərkəzində və sağında oynamağı bacarır. "Xəzər Lənkəran"ın Türkiyənin Antalya şəhərindəki yoxlama görüşlərinin əksəriyyətində iştirak etmiş futbolçunun son klubu “Qloriya" (Rumıniya) olub.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner