“Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov yenidən diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, latviyalı mütəxəssis Rusiya mətbuatına verdiyi müsahibədə Latviya yığması və yeni komandası "Bakı" haqda maraqlı fikirlər səsləndirib:
- Əksər məşqçilər Çempionlar Liqasını daha üstün tuturlar. Siz isə "Skonto"nu çempion etsəniz də bu imkandan yararlanmayacaqsınız. Siz taleyi bilinməyən, hələlik öz çempionatında 7-ci olan komandaya üstünlük verdiniz...
- Bakılılar mənə hələ ötən ilin ortalarında müraciət etmişdilər. O vaxt "Skonto"nu yarı yolda qoya bilməzdim. Mənə yarım il fikirləşmək üçün vaxt verdilər. Sonra Bakıda oldum klubla, iddialı prezidenti Hafiz Məmmədovla tanış oldum. Klubun bazasını, infrastrukturunu, uşaq futbol məktəbini gördüm. Bu təklif mənə daha maraqlı gəldi.
- Etiraf etməlisiz ki, bu qərarınıza maliyyə məsələləri də təsir edib...
- Adətən yeni məşqçiləri uğursuz komandalara dəvət edirlər. "Bakı" çempion olsaydı çətin ki, mənə müraciət edərdilər. Amma "Bakı"da xərclənən pullar klubun turnir cədvəlindəki mövqeyində əks olunmurdu. Hamı ilə çox yaxın olduğum "Skonto"dan ayrılmağa təəssüflənirdim. Lakin yeni çağırış məni cəlb edirdi. Riqada gənclərlə işləyib ÇL-ə vəsiqə qazanmışdıq. Klubun büdcəsi vacib amildir.
- Yeni klubunuzda qarşınıza hansı vəzifə qoyulub?
- Əsas hədəfimiz ilk "6-lığ"a düşməkdir. Hazırda 2-ci mərhələyə 3 tur qalıb ki, bizi 6-cı yerdən 2 xal ayırır. Strateji baxımdan isə liderlər sırasında olmaq, çempionluq və kubok üçün mübarizə aparmalıyıq. Avrokuboklara çıxıb uğurlu çıxış etməliyik.
- Yəqin ki, digər ölkələrdən də təkliflər almısınız. Məsələn Rusiyadan...
- Bəli, təkliflər var idi. Rusiyada mənə maraq azalmayıb. Lakin gerçəkləşməyən təkliflər haqda danışmağın tərəfdarı deyiləm. Digərlərindən fərqli "Bakı" mənim həm yığma, həm klubda çalışmağıma imkan verən təklif etmişdi. Millidə çalışmaq mənim üçün çox qiymətlidir. Seçmə mərhələni başa vurduqdan sonra federasiya məni saxlayıb-saxlamamaqla bağlı qərar verər.
- Yığmanın seçmə mərhələdəki şanslarını necə dəyərləndirirsiniz?
- Biz heç vaxt seçmə mərhələdə favoritlərdən olmamışıq. İndi də qrupumuzda Yunanıstan, Xorvatiya kimi komandalar var. Bizim nəticələr isə reytinqimizə uyğundur. Qrupdan çıxmağımız üçün möcüzə lazımdır. Biz də buna cəhd edirik.
- Azərbaycanlı və latviyalı futbolçuların mentalitetindəki fərq sizi çəkindirmir ki?
- Əlbəttə ki, fərq var. Lakin bu həll olunacaq həddədir. Həm də "Bakı"da legionerlə çoxluq təşkil edir: braziliyalılar, xorvat, holland, Syerra-Leone yığmasının üzvü. Bir sözlə beynəlmiləl heyət var ki, buna istənilən ölkədə rast gəlmək olar.
- Deyilənə görə siz bu əcnəbilərin sayını azaltmısınız. Artıq 3 oyunçu, o cümlədən yerli publikanın sevimlisi Jabanı komandadan kənarlaşdırmısınız...
- Mən bu "3-lüy"ü hələ heç görməmişəm də. Mən komanda ilə Bələkdə tanış oldum. Onları isə ora gətirməmişdilər. Onların taleyinə klub prezidenti aydınlıq gətirəcək. Məncə isə intizamsız oyunçu kluba xeyir verə bilməz.
- Sizin sələfiniz Vinfred Şafer təkcə Almaniyada məşhur deyil. Onun Azərbaycandakı uğursuzluğu sizi qorxutmur ki?
- Sələf haqda danışmaq düzgün deyil. Komanda ilə tanış olub gördüm ki, burada yaxşı, iddialı, ağıllı oyunçular toplaşıb.
- Rusiya futbolunu izləyirsinizmi?
- İzləyirəm. "Spartak"ı və Latviya yığmasındakı yetirməm Saunyanın keçdiyi MOİK-ə diqqət ayırıram. "Spartak" həmişə, nəticələrdən asılı olmayaraq maraq çəkir. Lakin son mövsüm MOİK daha çox diqqətimi çəkdi.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi