"Qarabağ"ı 3 futbolçusu tərk etdi

 "Qarabağ"ı 3 futbolçusu tərk etdi
XƏBƏR 5 Fevral 2011 / 11:06 2071
-  A +

Ağdamın "Qarabağ" klubu artıq Bakıya dönür. Qol.Az-ın məlumatına görə, yanvarın 9-dan Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"artıq bu gün paytaxtda olacaq. 28 günlük təlim-məşq toplanışını başa çatdıran komanda Bakı vaxtı ilə12:30-da Antalyanı tərk edəcək.

Qardaş ölkədən Antalya – İstanbul – Bakı reysiylə hərəkət edəcək komandamızın təyyarəsinin 7-də Bakıda olması planlaşdırılır.
"Qarabağ" ın legionerləri yaranmış fasilədən istifadə edərək vətənlərinə yollanacaq.

Belə ki, komandanın baş məşqçisi Qurban Qurbanov komandaya 2 günlük istirahət verib. Ansi Aqolli, Admir Teli və Andrey Rubins isə millisinin düşrgəsinə yola düşüb.

Qeyd edək ki, "Qarabağ" fevralın 8-dən etibarən yenidən məşqlərə start verəcək.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq