Löv Ballakı yenə yığmaya çağırmadı

Löv Ballakı yenə yığmaya çağırmadı
XƏBƏR 5 Fevral 2011 / 02:20 1745
-  A +

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv fevralın 9-da İtaliya yığması ilə keçirəcəkləri yoldaşlıq görüşünə sabiq kapitan Mixael Ballakı çağırmayıb. Qol.Az-ın məlumatına görə, Ballak zədəsini yenicə bərpa edib. 

Təcrübəli yarımmüdafiəçinin sağaldığına sevinən Löv onun tədricən formaya düşdüyü qənaətindədir: "Ballak da mənimlə razıdır ki, ona hələ vaxt lazımdır. Hələlik isə biz komandaya gəncləri dəvət edə bilərik". 

Baş məşqçi ilk dəfə Dortmund "Borussiya"sından Sven Benderi Bundestimə dəvət edib. 

Almaniya millisinin heyəti: 

Qapıçılar: Manuel Noyer ("Şalke 04"), Rene Adler ("Bayer")

Müdafiəçilər: Dennis Aoqo, Hayko Vestermann (hər ikisi "Hamburq"), Per Mertezaker ("Verder"), Filip Lam, Holger Badştuber (hər ikisi "Bavariya"), Jerom Boatenq ("Mançester Siti", İngiltərə), Mats Hummels, Marsel Şmeltser (hər ikisi "Borussiya" Dortmund)

Yarımmüdafiəçilər: Bastian Şvaynştayger ("Bavariya"), Sami Xedira, Məsut Özil (hər ikisi "Real", İspaniya), Kristian Treş ("Ştutqart"), Mario Getse, Sven Bender, Kevin Qrosskroyts (hamısı "Borussiya" Dortmund)

Hücumçular: Miroslav Kloze, Mario Qomes, Tomas Müller (hamısı "Bavariya"), Lukas Podolski ("Köln"). 

Qeyd edək ki, Almaniya - İtaliya matçı Dortmund şəhərində keçiriləcək. Bundestim 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biridir.     

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq