Tuncay da "Volfsburq"a kömək edə bilmədi (YENİLƏNİB)

Tuncay da "Volfsburq"a kömək edə bilmədi (YENİLƏNİB)
XƏBƏR 6 Fevral 2011 / 23:12 2205
-  A +

Almaniya çempionatında 21-ci tur fevralın 4-də Dortmund "Borussiya"sı ilə "Şalke 04" arasındakı matçla başlayıb. Qol.Az-ın məlumatına görə, lider "Borussiya" öz meydançasında oynasa da, qalib gələ bilməyib - 0:0.

Bununla belə, Dortmund komandası 51 xalla 1-ci pillədə qalıb. "Şalke 04" isə 26 xalla 9-cu pilləyə yüksəlib. Üstəlik, "Borussiya" ən yaxın izləyicisi "Bayer"lə xal fərqini 12-yə yüksəldib. Buna "Bayer"in səfərdə "Nürnberq"ə məğlubiyyəti səbəb olub. "Bavariya" 2:0 hesabı ilə öndə olduğu görüşdə "Köln"ə uduzub - 2:3. Türkiyə yığmasının hücumçusu Tuncay Şanlının "Volfsburq"da debütü uğursuz alınıb. Tuncay "Hannover"lə matçda 73 dəqiqə meydançada olsa da, qol vura bilməyib. Onun komandası isə minimal hesabla yenilib.  

4 fevral

"Borussiya" D - "Şalke 04" - 0:0

5 fevral

"Nürnberq" - "Bayer" - 1:0
Kristian Ayqler, 60
Qırmızı vərəqə: Kristian Ayqler, 86 ("Nürnberq")

"Hannover" - "Volfsburq" - 1:0
Serxiu Pintu, 5
Penaltini vura bilməyib: Dieqo, 80 ("Volfsburq")

"Köln" - "Bavariya" - 3:2
Kristian Klemens, 55. Milivoe Novakoviç, 62; 73 - Mario Qomes, 22. Hamit Altıntop, 43

"Hoffenhaym" - "Kayzerslautern" - 3:2
Gülfi Siqurdsson, 28. Sebastyan Rudi, 40. Vedad İbişeviç, 62 - Ervin Hoffer, 58. Rodni, 59
Qırmızı vərəqə: Edson Brafheyd, 79 ("Hoffenhaym")

"Maynts" - "Verder" - 1:1
Andre Şurrle, 19 - Klaudio Pisarro, 90+2

"Borussiya" M - "Ştutqart" - 2:3
Bonfim Dante, 29. İqor De Kamarqo, 31 - Pavel Poqrebnyak, 51. Martin Harnik, 56. Timo Gebhart, 87-pen.
Qırmızı vərəqə: Bonfim Dante, 88 ("Borussiya" M)

6 fevral

"Frayburq" - "Ayntraxt" - 0:0

"Hamburq" - "Sankt-Pauli" - təxirə salınıb.

Komandalar O Q H M T X
1. Borussiya D 21 16 3 2 46-12 51
2. Bayer 21 11 6 4 41-30 39
3. Maynts 21 12 1 8 32-22 37
4. Hannover 21 12 1 8 29-30 37
5. Bavariya 21 10 6 5 42-26 36
6. Frayburq 21 10 4 7 29-28 34
7. Hoffenhaym 21 8 8 5 39-28 32
8. Hamburq 20 9 3 8 29-30 30
9. Nürnberq 21 8 5 8 26-30 29
10. Ayntraxt 21 8 3 10 24-26 27
11. Şalke 04 21 7 5 9 26-26 26
12. Volfsburq 21 5 8 8 26-30 23
13. Verder 21 6 5 10 27-43 23
14. Kayzerslautern 21 6 4 11 31-37 22
15. Sankt-Pauli 20 6 4 10 23-34 22
16. Köln 21 6 4 11 25-39 22
17. Ştutqart 21 5 4 12 37-39 19
18. Borussiya M 21 4 4 13 31-53 16

Bombardir: Mario Qomes ("Bavariya") - 16 qol.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq