"Trabzonspor" xal itirdi (YENİLƏNİB)

"Trabzonspor" xal itirdi (YENİLƏNİB)
XƏBƏR 7 Fevral 2011 / 00:33 2647
-  A +

Türkiyə Superliqasında 20-ci tura fevralın 4-də keçirilmiş "Bursaspor" - "Sivasspor" matçı ilə start verilib. Qol.Az-ın məlumatına görə, Bursa "Atatürk" stadionunda keçirilmiş matçda meydan sahibləri qalib gəlib - 2:1.

"Bursaspor"un qollarını 45+1-ci dəqiqədə "Sivasspor"lu Hayrettin öz qapısına, 88-ci dəqiqədə isə yeni transfer Miller vurub. "Sivasspor"dan isə 50-ci dəqiqədə Qrosiçki fərqlənib. Bu qələbə sayəsində "Bursaspor" bir oyun çox olmaqla 44 xalla liderliyə yüksəlib. "Sivasspor" isə 16 xalla 15-ci pillədə qalıb. 

Fevralın 5-də daha 4 oyun olub. "Beşiktaş" öz meydançasında "Karabükspor"la bacarmayıb. Superliqanın bombardiri Emmanuel Emenikenin 55-ci dəqiqədə vurduğu qolla önə çıxan "Karabükspor"un qol sevinci cəmi 4 dəqiqə çəkib. Qonaq komandanın oyunçusu Armand Deumi topu öz qapısına vurub. Amma oyun hakimlərin şousu ilə daha çox yadda qalıb. 51-ci dəqiqədə "Karabükspor"un penaltisini verməyən referi  Mustafa Kamal Abitoğlu 77-ci dəqiqədə "Beşiktaş"lı Uqu Almeydanın zərbəsindən sonra dirəyə dəyib qapı xəttini keçən qolu saymayıb. 59-cu dəqiqədə isə yan xətt hakimi Mehmet Şahan Yılmaz zədələnib. O, 4 dəqiqəyədək müalicə aldıqdan sonra oyuna davam edib. 

"Fənərbaxça" ardıcıl 4-cü qələbəsini səfərdə "Manisaspor" üzərində qazanıb. İkinci hissədə meydan sahibləri hesabı açsa da, qonaqlar buna 3 qolla cavab veriblər. "Kayserispor" isə "Ankaragücü"nü minimal fərqlə yenməyi bacarıb. Bu qələbələrdən sonra "Fənərbaxça" 3-cü, "Kayserispor" isə 4-cü pillələrdəki mövqelərini qoruyub. "Beşiktaş" 5-ci pillədə qalarkən, autsayder "Kasımpaşa"nı məğlub edən "İstanbul BB" oyun sayı üstünlüyü ilə "Eskişehirspor"u keçib və 6-cı pilləyə qalxıb.

Fevralın 6-da keçirilmiş daha 4 görüşlə 20-ci tura yekun vurulub. "Trabzonspor" öz meydançasında "Antalyaspor"u yenə bilməyib. Qolsuz bərabərliklə başa çatan oyundan sonra "Trabzonspor" liderliyini qorusa da, "Bursaspor"u xal sayında yenidən qabaqlaya bilməyib.     

Qeyri-sabit çıxışı ilə seçilən "Qalatasaray" 8 oyundur uduzmayan "Eskişehirspor"u məğlub edib. Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqov ehtiyatda qalıb. "Eskişehirspor" isə qapısında 4 qol görüb.

4 fevral

"Bursaspor" - "Sivasspor" - 2:1
Hayrettin Yerlikaya, 45+1. Kenni Miller, 88 - Kamil Qrosiçki, 50

5 fevral

"Kasımpaşa" - "İstanbul BB" - 1:3
Ersen Martin, 10 - Samuel Holmen, 25. Gökhan Ünal, 51. Ali İbrahim, 69

"Beşiktaş" - "Karabükspor" - 1:1
Armand Deumi, 59-avt. - Emmanuel Emenike, 55

"Kayserispor" - "Ankaragücü" - 2:1
Emir Kujoviç, 78. Marselo Zalayeta, 90+2 - Murat Duruer, 38 
Qırmızı vərəqə: Uğur Uçar, 90+2 ("Ankaragücü")

"Manisaspor" - "Fənərbaxça" - 1:3
Kahe, 54 - Aleks de Souza, 60. Mamadu Nyanq, 73. İssiar Dia, 89

6 fevral

"Konyaspor" - "Qaziantepspor" - 0:2
İvelin Popov, 74. Olcan Adın, 90
Qırmızı vərəqə: Kamil Zayatte, 55 ("Konyaspor")

"Trabzonspor" - "Antalyaspor" - 0:0
Qırmızı vərəqə:
Kenan Özer, 90 ("Antalyaspor")

"Gənclərbirliyi" - "Bucaspor" - 1:0
Oktay Delibalta, 64

"Qalatasaray" - "Eskişehirspor"
Lorik Sana, 10. Boqdan Stanku, 14. Harri Kyuell, 45. Milan Baroş, 81 - Burhan Eser, 75. Ümit Karan, 77 

Komandalar O Q H M T X
1. Trabzonspor 20 13 5 2 41-13 44
2. Bursaspor 20 13 5 2 36-13 44
3. Fənərbaxça 20 13 3 4 46-22 42
4. Kayserispor 20 11 6 3 27-15 39
5. Beşiktaş 20 9 5 6 32-22 32
6. Qaziantepspor 20 8 7 5 19-16 31
7. İstanbul BB 20 9 2 9 27-23 29
8. Qalatasaray 20 9 2 9 24-25 29
9. Eskişehirspor 20 7 7 6 21-21 28
10. Manisaspor 20 9 1 10 30-31 28
11. Karabükspor 20 7 5 8 31-32 26
12. Antalyaspor 20 6 7 7 20-24 25
13. Ankaragücü 20 5 7 8 27-35 22
14. Gənclərbirliyi 20 5 6 9 18-30 21
15. Sivasspor 20 3 7 10 19-36 16
16. Konyaspor 20 3 6 11 17-30 15
17. Bucaspor 20 3 6 11 14-29 15
18. Kasımpaşa 20 1 5 14 15-47 8

Bombardir: Emmanuel Emenike ("Karabükspor") - 13 qol.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq