"Bura çempion olmağa gəlmişəm” (FOTO)

"Bura çempion olmağa gəlmişəm” (FOTO)
XƏBƏR 5 Fevral 2011 / 01:22 2187
-  A +

“Xəzər Lənkəran” klubu tarixində ən böyük transferini həyata keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən xəbərinə görə, transfer pəncərəsindən maksimum yararlanan "ağ-yaşıllar" Syerra-Leone yığmasının hücumçusu Culius Vobayla 2 illik müqavilə bağlayıb.

“Bu gündən “Xəzər Lənkəran”ın rənglərini qoruyacağam və mövsümün qalibi olmaq üçün əlimdən gələni edəcəyəm. Mən bura “Xəzər Lənkəran”la çempion olmağa gəlmişəm” deyə Culius Vobay bəyan edib.

Öz ölkəsinin aparıcı futbolçularından olan 27 yaşlı Vobay Syerra-Lyone millisinin bombardirlər siyahısında 12 qolla ikinci pillədədir. Ümumilikdə karyerası ərzində 70-dən çox qol imza atmış yeni transfer hücumameylli yarımmüdafiəçi və hücumçu mövqelərində oynayır. Son iş yeri Rumıniyanın “Universitatya Krayova” klubu olan Culius Kipr çempionatında da uzun müddət uğurla çıxış edib.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq