Pitsurka da rəsmən "Xəzər Lənkəran"da

Pitsurka da rəsmən "Xəzər Lənkəran"da
XƏBƏR 5 Fevral 2011 / 01:07 2379
-  A +

“Xəzər Lənkəran” klubu daha bir futbolçunun transferini rəsmiləşdirib. Qol.Az-ın məlumatına görə, rumıniyalı hücumçu Aleksandru Viktorio Pitsurka klubla 1 illik müqavilə imzalayıb.

Pitsurka son yoxlama görüşlərində Lənkəran komandasının heyətində yer alıb və məşqçilər korpusunun etimadını qazanib. 27 yaşlı mərkəz hücumçusu Buxarest “Styaua"sının yetirməsi olmaqla yanaşı, Rumıniyanın digər klublarında, eləcə də Bolqarıstanın MOİK (Sofiya) komandasında çıxış edib. Bu mövsümün ilk yarısında “Universitatya" (Krayova) klubuna qoşulmuş forvard meydançaya çıxdığı 23 oyunda 6 qol vurmağı bacarıb.
 

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq