"Xəzər Lənkəran" daha 6 futbolçu ilə müqavilə imzalayacaq

"Xəzər Lənkəran" daha 6 futbolçu ilə müqavilə imzalayacaq
XƏBƏR 4 Fevral 2011 / 18:47 2895
-  A +

“Xəzər Lənkəran” klubu tezliklə daha 6 futbolçu ilə müqavilə bağlayacaq. Qol.Az-ın məlumatına görə, bu haqda Lent.az-a komandanın rəisi Səməd Mustafayev məlumat verib.

Onun sözlərinə görə, bunlar Adrian Skarlataçe, Adrian Pits, Andrey Mureşan, Aleksandr Pitsurka, Kristi Kiaku və Culius Vobaydır. Onlarla şifahi razılıq əldə olunub və rəsmiləşməsi qalır. İbrahima Banqura isə artıq rəsmi müqaviləyə qol çəkib. Yeni transferlər komandanın fevralın 4-də Bakıda keçirdiyi məşqdə iştirak ediblər. Mustafayev yaxın günlərdə yalnız qapıçı transferinin mümkünlüyünü vurğulayıb: “Həmin qolkiper də əcnəbi olacaq. O, əsas qapıçımız Kamran Ağayevi layiqincə əvəzləyə bilməlidir. Hazırda bir neçə variant var. Amma yekun qərar verilməyib”.

Qeyd edək ki, rumıniyalı Adrian Skarlataçe müdafiəçi, Xristi Kiaku sağ cinah yarımmüdafiəçisi, Adrian Pits və Andrey Mureşan yarımmüdafiəçi, Aleksandr Pitsurka və syerra-leoneli Culius Vobay hücumçudur.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq