"Neftçi" vətənə İqor Mitreskisiz qayıdır

XƏBƏR 4 Fevral 2011 / 14:30 1774
-  A +

"Neftçi" klubu Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplanışını başa vuraraq, vətənə dönür. Qol.Az-ın məlumatına görə, müdafiəçi İqor Mitreski istisna olmaqla, bütün komanda üzvləri axşam saatlarında Bakıda olacaqlar.

Mitreski isə birbaşa Antalyadan vətəninə yollanıb. Makedoniyalı futbolçu milli komandanın düşərgəsinə qoşulacaq. Mitreski fevralın 9-da Kamerun milli komandası ilə Skopye şəhərində keçiriləcək yoldaşlıq oyununa dəvət olunub.

Qeyd edək ki, Mitreski fevralın 10-də "Neftçi"nin düşərgəsinə qayıdacaq.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq