"Neftçi"nin makedoniyalı yarımmüdafiəçisi Slavço Georgievski Antalyadakı ikinci təlim-məşq toplanışı barədə fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Georgiyevski bu haqda belə danışıb: "Fiziki, taktiki baxımdan yaxşı hazırlaşdıq. Burada keçirdiyimiz hər 4 yoxlama matçında qələbə qazandıq. Təbii ki, nəticə də bizim üçün vacib idi. Çünki çempionatda qələbələr əldə etməliyik. Qələbəni heç də həmişə yaxşı oyunla qazanmırlar. Lap pis oynasaq belə, qalib gəlməliyik. Hələ mövsümqabağı Avstriya və Türkiyədəki təlim-məşq toplanışları zamanı 5-6 aydan sonra çox yaxşı durumda olacağımızı demişdim. Hazırda "Neftçi" sabit oyun nümayiş etdirir. Biz yalnız çempionluq haqqında düşünürük. Kollektivdə hamı bir-birini yaxşı başa düşür. Klub prezidenti, məşqçilər korpusu, oyunçular, inzibati işçilər - bir sözlə, hamı "Neftçi"nin qızıl medalları qazanmasına çalışır. İnanıram ki, çempionatın sonuna qədər hazırda qərarlaşdığımız birinci pilləni əldən verməyəcəyik".
Qeyd edək ki, Makedoniya milli komandasının da şərəfini qoruyan Georgievski Premyer Liqanın arxada qalan hissəsində "Neftçi"nin heyətində hamıdan çox meydanda olub.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu