AZAL-da yeni vitse-prezident (FOTO)

AZAL-da yeni vitse-prezident (FOTO)
XƏBƏR 4 Fevral 2011 / 11:57 1708
-  A +

AZAL klubunun rəhbər heyətində dəyişiklik edilib. Qol.Az-ın məlumatına görə, klub təsisçilərinin 01.02.2011-ci il tarixində keçirdiyi növbədənkənar Ümumi Yığıncağının qərarı ilə Fikrət Hüseynov komandaya yeni vitse-prezident təyin olunub.

Məlumat üçün bildirək ki, F.Hüseynov klubda 2007-ci ildən bəri baş menecer vəzifəsində çalışırdı. Hüseynovun klubun inkişafında və peşəkarlaşması yönündə göstərdiyi müsbət fəaliyyətini nəzərə alan AZAL-ın təsisçiləri və rəhbərliyi ona daha böyük etimad göstərib.

Belə ki, Fikrət Hüseynov indi klub prezidentinin idman və peşəkar futbolla bağlı bütün tapşırıqlarını həyata keçirəcək.  

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner