"Neftçi"dən belə güclü oyun gözləmirdim"

"Neftçi"dən belə güclü oyun gözləmirdim"
XƏBƏR 4 Fevral 2011 / 11:14 1991
-  A +

Azərbaycan Premyer Liqasının lideri "Neftçi" dünən növbəti yoxlama görüşündə Çernoqoriyanın "Rudar" klubuna 2:1 hüsabı ilə qalib gəlib. Qol.Az-ın məlumatına görə, oyundan sonra Çernoqoriya təmsiçisinin baş məşqçisi Neboyşa Viqnyeviç flaqmanın rəsmi saytına bunları deyib: "Neftçi" ilə matç çox ağır oldu. Mən "Neftçi"dən belə güclü oyun gözləmirdim. Rəqib xüsusilə ilk 15-20 dəqiqədə çox yaxşı hücumlar qururdu. Düzdür, biz təlim-məşq toplanışına yenicə başlamışıq. Komandamdan razıyam. Ona görə ki, "Rudar" əsasən gənclərdən təşkil edilib. Həm də "Neftçi"nin gücü ilə müqayisədə, komandam bundan artıq heç nə edə bilməzdi. Hiss olunur ki, "Neftçi" təşkilatlanmış klubdur. Rəqibin heyətində kapitanı (Rəşad Abdullayevi nəzərdə tutur) fərqləndirərdim. O, oyunboyu yetirmələrimi təzyiq altında saxlamağı bacardı".

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq