"Anji" yenə uddu, Mahir Şükürov 45 dəqiqə oynadı

"Anji" yenə uddu, Mahir Şükürov 45 dəqiqə oynadı
XƏBƏR 4 Fevral 2011 / 00:58 1882
-  A +

Rusiyanın "Anji" klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısında daha bir yoldaşlıq görüşü keçirib. Qol.Az-ın məlumatına görə, Mahaçqala komandası Çernoqoriya "Zeta"sı ilə qarşılaşıb.

Oyun "Anji"nin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 75-ci dəqiqədə Georgi İluridze vurub. Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov start heyətində meydançaya çıxıb. O, ilk yarıda çıxış edib. Fasilədən sonra Şükürovu əvəzləyən Çelebadze 70-ci dəqiqədə yerini Gerayevə verib.

"Anji"nin baş məşqçisi Hacı Hacıyev qolun ikinci hissədə vurulmasına baxmayaraq, ilk yarıda daha yaxşı çıxış etdiklərini bildirib. Onun fikrincə, ikinci yarıda çoxsaylı əvəzləmələr edən Mahaçqala komandası az-az hücuma keçib. Hacıyev hücumçulara nəzərən müdafiədə daha yaxşı təsir bağışladıqlarını bildirib. Təcrübəli mütəxəssis orta xətdə qurucu və yaradıcı keyfiyyətlərə malik futbolçuya ehtiyac duyduqlarını da açıqlayıb.  

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq