Bernhard Lippert: "Püşkatmanın nəticəsindən narazı deyiləm"

Bernhard Lippert: "Püşkatmanın nəticəsindən narazı deyiləm"
XƏBƏR 4 Fevral 2011 / 00:47 1626
-  A +

"Sözsüz ki, çətin bir qrupda yer aldıq. Xüsusilə də, İslandiya yığmasını zəif rəqib hesab etmək olmaz. Son dəfə bu komanda Avropanın ən yaxşı 8 komandası arasında yer alıb". Qol.Az-ın məlumatına görə, bunu Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Bernhard Lippert "affa.az" saytına deyib.

Avropa çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirən almaniyalı mütəxəssis ümumilikdə püşkatmanın nəticəsindən narazı olmadığını bildirib. Onun sözlərinə görə, 21 yaşadək futbolçulardan ibarət yığmanın əsas məqsədi milli komandaya oyunçuların yetişdirilməsidir: "Hesab edirəm ki, bu cür güclü komandalara qarşı oyunlarda futbolçularımdan çox şey tələb olunacaq və bu, onların inkişafına müsbət təsir göstərəcək. Qrupda neçə xal toplayacağımızı indidən deyə bilmərəm. Çalışacağıq ki, bundan əvvəlki mövsüm topladığımızdan mümkün qədər daha çox xal qazanaq".

Qeyd edək ki, 8-ci qrupda yer alan Azərbaycan yığmasının rəqibləri İngiltərə, Belçika, Norveç və İslandiyadır.  

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq