"Neftçi" klubu Türkiyənin Antalya şəhərindəki ikinci hazırlıq prosesində son yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, flaqman Çernoqoriya çempionu "Rudar"la qarşılaşıb.
"Neftçi"nin start heyətində Rauf Mehdiyev, Ruslan Əmircanov, Denis Silva, İqor Mitreski, Tərlan Quliyev, Slavço Georgievski, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Cavid İmamverdiyev, Flavinyo, Bahodir Nasimov yer alıb.
"Rudar" isə meydançaya Milan Miyatoviç, Stefan Lutovaç, Bojan İvanoviç, Milivoye Mrdak, İvitsa Françiskoviç, Adziç Vladan, Duşan Miçiç, Predraq Brnoviç, Miroye Yovanoviç, İvitsa Yovanoviç və Veselin Boyiç "11-liy"i ilə çıxıb.
Görüşü "Neftçi"nin prezidenti Sadıq Sadıqov da izləyib.
Oyun komandamızın hücumları ilə başlayıb. 5-ci dəqiqədə Rəşad Abdullayevin sağ cinahdan ötürdüyü topu Bahodir Nasimov başla qapıya vurub. Topun tora daxil olmasına qapıçı imkan verməyib.
33-cü dəqiqədə rəqib futbolçu topu oğurlayıb, "Neftçi"nin qapısına təhlükəli zərbə endirsə də, top qapının yanından keçib.
35-ci dəqiqədə Bahodir Nasimov real qol şansını qaçırıb. Mirhüseyn Seyidovun ötürməsindən sonra təkbətək çıxan hücumçunun zərbəsi qapı dirəyinin bir neçə santimetrliyindən keçib.
Nəhayət, 45-ci dəqiqədə Mirhüseyn Seyidovun gözəl ötürməsindən sonra topu qəbul edən Bahodir Nasimov yaxın məsafədən zərbə ilə hesabı açıb - 1:0. Komandalar fasiləyə elə bu hesabla yollanıblar.
"Neftçi" ikinci hissəyə iki dəyişikliklə başlayıb. Mirhüseyn Seyidovla Rauf Mehdiyevi yeni transferlər - Rodriqinyo ilə Vitali Kovalyov əvəzləyib. Flaqmanın fasilədən sonrakı ilk hücumu növbəti qolla yekunlaşıb. 47-ci dəqiqədə Rəşad Abdullayev iti bucaq altında yaxın küncə güclü zərbə vurub - 2:0.
"Rudar" 62-ci dəqiqədə fərqi azaldıb. Boyan İvanoviçin zərbəsi qarşısıalınmaz olub - 2:1.
65-ci dəqiqədə Slavço Georgievski, Flavinyo və Rəşad Avdullayevin əvəzinə meydana Araz Abdullayev, Yasin Hima və Ruslan Qurbanov daxil olub. "Neftçi"nin oyunçuları rəqib qapısı qarşısında dalbadal iki təhlükəli vəziyyət yaradıblar, amma son anda Araz Abdullayev və Ruslan Qurbanovun zərbələri dəqiq olmayıb. 79-cu dəqiqədə Elmar Baxşiyev Cavid İmamaverdiyevi, 84-cü dəqiqədə Tural Nərimanov Denis Silvanı əvəzləyib. Bundan 2 dəqiqə sonra Ruslan Əmircanov rəqibin təhlükəli hücumunu zərərsizləşdirib.
Beləliklə, oyun 2:1 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu