"Arsenal" ciddi itki ilə üzləşdi

"Arsenal" ciddi itki ilə üzləşdi
XƏBƏR 3 Fevral 2011 / 16:30 2028
-  A +

İngiltərə Premyer Liqasının  iddialı klublarından olan "Arsenal"  ciddi itki ilə üzləşib. Qol.Az-ın məlumatına görə, "topçular"ın polşalı qapıçısı Lukaş Fabianski mövsümün sonuna qədər sıradan çıxıb. 

"Arsenal"ın baş məşqçisi Arsen Venger də 25 yaşlı qapıçının ayaqlarında ağrı hiss etdiyini və Almaniyada əməliyyat olunacağını təsdiqləyib.  Bu mövsüm "Arsenal"ın heyətində 20 oyuna çıxan Fabianskinin artıq bu mövsümü başa vurduğu bildirilir.

Qeyd edək ki, "Arsenal"ın 2-ci qapıçısı Manuel Almuniya da zədəli olduğu üçün komandanın qapısı digər polşalı Voyçyex Sesniyə həvale olunub.  


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq