"Real" və "Barselona" 3 gün ərzində 2 dəfə qarşılaşacaq

"Real" və "Barselona" 3 gün ərzində 2 dəfə qarşılaşacaq
XƏBƏR 3 Fevral 2011 / 13:29 2211
-  A +

İspaniyada əzəli rəqiblər olan "Real" (Madrid) və "Barselona" ölkə kubokunun finalında üz-üzə gələcəklər. Qol.Az-ın məlumatına görə, İspaniya kubokunun yarımfinalında "Barselona" "Almeriya"nı (5:0, 3:0), "Real" (Madrid) isə "Sevilya"nı (1:0, 2:0) məğlub edərək finala vəsiqə qazanıblar.

Ümumilikdə isə "Barselona"  və "Real" ölkə kubokunda 5-ci dəfə qarşılaşacaq.  İlk 2 görüşdə "Real" ( 1936, 1974) qalib gəlsə də,  növbəti 2 oyunu "katalonlar" (1983, 1990) bayram edib.

Göründüyü kimi, əzəli rəqiblər 21 ildən sonra yenidən görüşəcək.  Bu isə o deməkdir ki, aprel ayında bizi 2 "Real" - "Barselona"  oyunu gözləyir. Belə ki, aprelin 17-də La Liqanın növbəti turu çərçivəsində "Real" öz meydanında "Barselona"nı qəbul edəcək. Əzəli rəqiblər bundan 3 sonra isə ölkə kubokunun finalında üz-üzə gələcək.

Qeyd edək ki, "El Klassiko"nun iştirakçıları sonuncu dəfə ölkə kubokunun finalında 1990-cı ildə qarşılaşıb. Həmin görüşdə "katalonlar" rəqibinə 2:0 hesabı ilə qalib gəlmişdi.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq