"Mançester Yunayted"in futbolçusu karyerasını başa vurdu

"Mançester Yunayted"in futbolçusu karyerasını başa vurdu
XƏBƏR 3 Fevral 2011 / 01:58 1953
-  A +

İngiltərənin "Mançester Yunayted" klubunun 35 yaşlı müdafiəçisi Qari Nevill karyerasını başa vurduğunu elan edib. Qol.Az-ın klubun rəsmi saytına istinadən xəbərinə görə, Nevill "qırmızı şeytanlar"ın heyətində 18 il keçirib.

O, 602 matçda 7 qol vurub, 2005-ci ildən komandanın kapitanı olub. Nevill deyib: "Mən ömrüm boyu "Mançester Yunayted"in tərəfdarı olmuşam və bütün arzularımı həyata keçirmişəm. Futbolçu karyeramın sona çatmasından üzgünəm. Lakin bu, hər birimizin başına gəlir. Vaxtında getmək lazımdır və mənim üçün həmin an yetişdi".   

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq