Mourinyo "Real"ın məşqində dava salanları cəzalandırdı

Mourinyo "Real"ın məşqində dava salanları cəzalandırdı
XƏBƏR 3 Fevral 2011 / 01:53 1865
-  A +

İspaniyanın "Real" klubunun baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçi Pedro Leona və Fernando Qaqonu ölkə kubokunun yarımfinalında "Sevilya" ilə keçirəcəkləri oyunun heyətinə daxil etməyib. Qol.Az-ın məlumatına görə, Mourinyo Leona və Qaqonu məşqdən sonra paltardəyişmə otağında münaqişəyə girdikləri üçün cəzalandırıb.

Konfliktə Qaqonun ikitərəfli matç zamanı sərt çıxışı səbəb olub. Bu isə Leonada narazılıq yaradıb. Onlar arasında davanı komanda yoldaşları aradan qaldırıblar.  

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner