"Spartak"dan azərbaycanlı futbolçuya ayrıseçkilik

"Spartak"dan azərbaycanlı futbolçuya ayrıseçkilik
XƏBƏR 2 Fevral 2011 / 23:01 2429
-  A +

Rusiyanın "Spartak" klubu azərbaycanlı futbolçu Emin Mahmudovu Avropa Liqasına sifariş edə bilməyib. Qol.Az-ın məlumatına görə, bu barədə Moskva komandasının baş məşqçisi Valeri Karpin "Sport-Ekspress"ə açıqlama verib.

Karpin bunu sifariş üçün vakant yerin olmaması ilə əlaqələndirib. O, Mahmudovun Avropa Liqasından kənarda qalmasına təəssüfünü gizlətməyib: "Mən bir tərəfdən buna təəssüflənirəm. Digər tərəfdən, daha yaşlı və təcrübəli oyunçu seçdik. Mahmudovu sifariş edə bilməməyimiz onun üçün sadəcə, vakansiya tapa bilməməyimizlə əlaqədardır".  

Qeyd edək ki, "Spartak" Avropa Liqası mövsümünün ikinci yarısı üçün hücumçu Artyom Dzyuba, xavbek Rafael Karioka, müdafiəçi Roxo və komandanın gənc yetirməsi kimi Pavel Yakovlevi daxil edib.  

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner