"Abşeron"dan səs çıxmadı

"Abşeron"dan səs çıxmadı
XƏBƏR 2 Fevral 2011 / 22:30 1852
-  A +

Azərbaycan çempionatının I divizonunda çıxış edən "Abşeron" klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısında 7-ci yoxlama matçını keçirib. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, rəqib Rusiyanın I divizion komandası "Salyut" (Belqorod) olub.

Öncədən "Vointa Sibiu" (Rumıniya) ilə görüş nəzərdə tutulsa da, sonradan proqramda dəyişiklik edilib. "Salyut"la qarşılaşmada hesab açılmayıb - 0:0.

Qeyd edək ki, "Abşeron" hazırlıq prosesi müddətində Almaniya "Vuppertal"ı (4:2), Qazaxıstan "Akjayık"ı (1:0), Rumıniya "Viktoriya"sı (0:0), Rusiya "Zenit"i (2:2), Gürcüstan "VİT Georgia"sı (1:2) və Cənubi Koreya "Yonsey"i (0:2) ilə də üz-üzə gəlib.  

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq