"Qarabağ" Qazaxıstan klubu ilə qarşılaşacaq

"Qarabağ" Qazaxıstan klubu ilə qarşılaşacaq
XƏBƏR 2 Fevral 2011 / 18:47 1620
-  A +

Antalyada hazırlıqlarını davam etdirən Ağdamın "Qarabağ" klubu fevralın 5-də 28 günlük toplanışını başa vuraraq Bakıya geri dönəcək. Qol.Az-ın məlumatına görə, geri qalan müddətdə 4 yoxlama oyununa çıxan komanda daha 2 hazırlıq matçında qüvvəsini sınayacaq.

Sabah Qurban Qurbanovun yetirmələri Antalyada təlim-məşq toplanışında olan 21 yaşlılardan ibarət milli komandamızla yoxlama oyununa çıxacaq. Fevralın 4-ündə isə "Qarabağ" Qazaxıstan təmsilçisi "Kaysar"la qarşılaşacaq.

Qeyd edək ki, komanda hər 2 oyuna fərqli heyətlə çıxacaq. Komandanın baş məşqçisi Qurban Qurbanov  hər 2 matçda fərqli 11-liyə şans verəcək. U-21-lə oyun Bakı vaxtı ilə saat 17:00-da komandanın məskunlaşdığı "İC Santai" otelinin stadionunda baş tutacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner