"Levski" klubunun futbolçusu AZAL-da (FOTO)

 "Levski" klubunun futbolçusu AZAL-da (FOTO)
XƏBƏR 2 Fevral 2011 / 15:40 2210
-  A +

Antalyada təlim-məşq toplanışını başa vurararaq dünən Bakıya dönən AZAL daha bir futbolçunu heyətinə qatıb. Qol.Az-ın məlumatına görə, bu sonuncu klubu Bolqarıstan "Levski"si olan Enyo Krastovçevdir.

AZAL-ın Antalyada "Volın"la keçirdiyi yoxlama oyununda baxışdan keçirilən Enyo yaxşı təsir bağışlamışdı və hətta bir qol da vurmuşdu. Məşqçilər korpusu bundan sonra rəhbərliyə onun komandaya cəlb oluması haqda təklif vermişdi.

Nəhayət qısa danışıqlardan sonra bu forvardın keçidini rəsmiləşdirmək mümkün oldu. Artıq bu futbolçu ilə iki illik müqavilə bağlanılıb və o bu gün Bakıya gələcək. Beləliklə, qış hazırlıq mərhələsində 4 yeni futbolçu ilə heyətini gücləndirən AZAL transfer fəaliyyətini yekunlaşdırdı.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner