Azərbaycan və Ermənistan gəncləri bir qrupa düşməyəcəklər

XƏBƏR 2 Fevral 2011 / 13:39 1857
-  A +

Fevralın 3-də Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət milli komandaların püşkatma mərasimi keçiriləcək. Qol.Az-ın məlumatına görə, Avropa çempionatının 20011/13-cü illərdə keçiriləcək seçmə mərhələsinin oyunlarında Azərbaycan komandası da mübarizə aparacaq.
UEFA-nın yadığı məlumatda bildirilir ki, bir-biriləri ilə münaqişəli vəziyyətdə olan ölkələr - Azərbaycanla Ermənistan və Rusiya ilə Gürcüstan bir qrupda yer almayacaqlar.
Qeyd edək ki, artıq püşk üçün səbətlər də bəllidir. Azərbaycan Albaniya, Farer adaları, Kipr, Litva, Qazaxıstan, Estoniya, Andorra, San-Marino, Lüksemburq, Malta və Lixtenşteynlə birgə beşinci səbətdə yer alıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner